Meksikada şagird sinif yoldaşlarını və müəllimləri güllələyib

10 Yanvar 2020 - 23:25

Meksikanın Torreon şəhərində məktəbdə silahlı insident baş verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, 8 yaşlı məktəbli özü ilə gətirdiyi silahla sinif yoldaşları və müəllimlərinə atəş açıb. Yerli polisin verdiyi ilkin məlumata görə, biri müəllim olmaqla 3 nəfər ölüb və 4 nəfər yaralanıb. Ölən və xəsarət alanların sayının artması ehtimal edilir.

Hadisəni törədən məktəbli intihar edib.