Məktəblərdə 5 gün dərs olmayacaq. Bu barədə MÜTDA-dan məlumat verilib. Bildirilib ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025 tədris ili üzrə qış tətili başlayacaq. Tətildən sonra ilk dərs günü 1 fevral 2025-ci il tarixindədir. Qeyd edilib ki, bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.