“Meqa Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb. Vəzifəsindən ayrılan Ceyhun Nuriyev Seyran oğludur. O, sığorta şirkətinin Müşahidə Şurasında müstəqil üzv idi. Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%). ©Banker.az AzPost.az