Merkel baş nazir kimi son dəfə Orkestrə sevdiyi mahnıları sifariş etdi –VİDEO

Almaniyanın kansleri Angela Merkelin vəzifəsini tərk etməsi münasibətilə Bundesver Orkestrinin müşayiəti ilə təntənəli mərasim təşkil edilib.

Mərasim yerli telekanallar vasitəsilə yayımlanıb.

Mərasim Almaniya Müdafiə Nazirliyinin həyətində keçirilib.

Almaniyada mövcud olan ənənəyə görə, yüksək vəzifəli siyasətçi vida mərasimi üçün Bundesver Orkestrinə bir neçə musiqi sifariş verə bilər. Merkel alman pank-rok əfsanəsi Nina Hagenin “You Forgot Your Color Film” (Du hast den Farbfilm vergessen – “Rəngli filmini unutmusan”) mahnısını seçib.

Siyasətçi bu seçimini belə izah edib ki, sifariş etdiyi musiqi gənclik illərində daha çox diqqətini çəkib.

Bundan əlavə, hərbi orkestr 1950-ci illərin alman müğənnisi və aktrisası Hildegard Knefin mahnısını, həmçinin, kilsə kompozisiyasını ifa edib.

Merkel tədbirdə çıxış edərək yeni Nazirlər Kabinetinə uğurlar arzulayıb.

Qeyd edək ki, mərasim dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Merkelin hələ bir neçə gün kansler səlahiyyətlərini icra edəcəyi bildirilir.

Xatırladaq ki, xanım Merkel 16 il Almaniyanın kansleri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşü pozulub –

Sonrakı məqalə

Ağstafada məktəblilər arasında bıçaqlanma olub