Merkel və Conson dezinformasiyaların təsiri altındadırlar- Ərdoğan belə düşünür

“Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon danışıqlarım olub. Telefon danışıqları zamanı məlum oldu ki, onlar bəzi həqiqətləri bilmirlər”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Almaniya kansleri və Böyük Britaniya Baş Naziri dezinformasiyaların təsiri altındadırlar: “Hətta danışığımız zamanı bəzi həqiqətləri bilikdən sonra Boris Conson mənə, sizə necə kömək edə bilərəm dedi”.

Ərdoğan qeyd edib ki, NATO terrorizmə qarşı mübarizədə Türkiyənin yanında olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirdən müavinətlərlə bağlı yeni xəbər:

Sonrakı məqalə

Çavuşoğlu Azərbaycana təşəkkür edib