Mərkəzi Bankın (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib.
“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edək ki, Ziya Əliyev bu vəzifəyə bu ilin fevral ayında təyin edilmişdi.
Bundan əvvəl isə o, Mərkəzi Bankın Baş direktoru vəzifəsində çalışıb.
Mərkəzi Bankın sədrinin müşaviri Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Ziya Əliyev özü məlumat verib.