Messi altıncı dəfə “Qızıl top” mükafatını qazanıb

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi altıncı dəfə “Qızıl top” mükafatını qazanıb.

L.Messi 2018/19 mövsümündə “Barselona”nın heyətində İspaniya çempionatının qalibi və 36 qolla turnirin bombardiri olub. Çempionlar Liqasında da 12 qol vuran argentinalı hücumçu bu turnirin bombardiri olub.

Ümumilikdə, klub səviyyəsində ötən mövsüm L.Messi 51 qol vuraraq “Qızıl buts” mükafatına layiq görülmüşdü.

Milli komanda ilə birlikdə isə L.Messi ötən mövsüm Amerika Kubokunda 3-cü yeri tutub. Turnir ərzində argentinalı hücumçu 1 qol ilə fərqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Binəqədidə faciə –

Sonrakı məqalə

Yerevanda Qriboyedovun abidəsi təhqir edildi –