Fransanın “Ekip” nəşri 2020-ci ilin rəmzi komandasını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Argentina millisi “Barselona”nın kapitanı Lionel Messi “11-lik”dən kənar qalıb.
İl ərzində oynadığı bütün turnirlərin qalibi olan “Bavariya”dan 5 futbolçu heyətə daxil edilib. “Liverpul”da bu rəqəm 3-ə bərabərdir. Bir futbolçu bu klubların hər ikisində oynayıb. Digər 4 klub bir futbolçu ilə təmsil olunub.
Qapıçı: Manuel Noyer (“Bavariya”);
Müdafiəçilər: Alfonso Devis (“Bavariya”), Serxio Ramos (“Real”), Vircil van Deyk, Trent Aleksander-Arnold (hər ikisi “Liverpul”);
Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Bavariya”/“Liverpul”), Coşua Kimmix (“Bavariya”), Kevin de Breyne (“Mançester Siti”), Neymar (PSJ);
Hücumçular: Kriştiano Ronaldo (“Yuventus”), Robert Levandovski (“Bavariya”).