Messi və Ronaldo eyni komandada oynaya bilər

1593245029683_e5NSFLTM

“Boka Xuniors”un hücumçusu Karlos Tevez gələcəklə bağlı arzusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq üzvü karyerasını bitirdiyi zaman vida matçı təşkil etmək niyyətindədir.

36 yaşlı ulduz futbolçu hətta vida görüşünə dəvət edəcəyi oyunçuları da müəyyənləşdirib. O, “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldoya da dəvət göndərəcəyini söyləyib: “Canluici Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldo, Lionel Messi və Ueyn Runinin son matçımda iştirak etmələrini istəyirəm”.

Qeyd edək ki, Karlos Tevez 2018-ci ildən “Boka Xuniors”un formasını geyinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir