“Meta” durmur – “PlayAI” startapını satın aldı

“Meta” süni intellekt texnologiyalarına yönəlmiş ardıcıl investisiya və strateji addımlarına daha birini əlavə edib.

Valyuta.az xəbər verir ki, şirkət bu dəfə insan səsinə bənzər süni səslər yaradan “PlayAI” adlı startapı satın aldığını açıqlayıb. Razılaşmanın maliyyə detalları paylaşılmasa da, “Meta”nın sözçüsü satınalma xəbərini təsdiqləyib və “PlayAI” komandasının tam heyətlə şirkətə inteqrasiya olunacağını bildirib.

2023-cü ildə yaradılan “PlayAI” səs əsaslı süni intellekt sahəsində ixtisaslaşmışdı və təqdim etdiyi texnologiya istifadəçi ilə daha təbii və real səslə ünsiyyət qurmağa imkan verirdi. “Meta” bu texnologiyanı öz süni intellekt məhsul və xidmətlərinə inteqrasiya etməyi planlaşdırır.

Bu satınalma “Meta”nın “süper zəka” yaratmaq məqsədilə son aylarda həyata keçirdiyi genişmiqyaslı strategiyanın bir hissəsidir. Şirkət daha öncə “Scale AI”a 14 milyard dollar sərmayə yatırmış, “Apple” və “OpenAI” kimi rəqiblərindən təcrübəli mütəxəssisləri transfer etmişdi.

“Meta” rəhbərliyi bildirir ki, “PlayAI”nin səs texnologiyası onların gələcək planlarına tam uyğun gəlir və bu istiqamətdə daha da inkişaf etdiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.