Metroda polislə “maska insidenti”nə görə 5 nəfər saxlandı –Barələrində cinayət işi başlandı (FOTO)

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şənbə-bazar Bakıda hərəkət tam məhdudlaşdırılacaq, mağazalar bağlanacaq –

Sonrakı məqalə

Həftəsonu bu dörd şəhərdə küçəyə çıxmaq tam qadağan olunacaq –