Uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) görüntüləri yayılıb.
Axşam.az xəbər verir ki, ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişi meyxanaçının evində qonaq olub.
O, müsahibə verməkdə çətinlik çəkib. Sənətçinin oğlu Ağakərimin vəziyyətinin əvvəl normal olduğunu, sonradan pisləşdiyini bildirib: “Bir ildir ki, yataq xəstəsidir. Əvvəl o, bizə baxıb, indi isə ona baxmaq bizim borcumuzdur”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.