“Milan” “Real Madrid”ə qalib gəlibÇempionlar Liqası /NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start verilib.

İlk oyun günündə 9 görüş keçirilib.

Turnirin son qalibi olan İspaniyanın “Real Madrid” komandası evdə “Milan”la (İtaliya) qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə təmsilçisi “Liverpul” isə doğma meydanda Almaniya “Bayer”in qapısında dörd cavabsız top keçirib.

UEFA Çempionlar Liqası

Əsas mərhələ

IV tur

PSV (Niderland) – “Jirona” (İspaniya) – 4:0

“Slovan” (Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:4

“Real Madrid” (İspaniya) – “Milan” (İtaliya) – 1:3

“Liverpul” (İngiltərə) – “Bayer” (Almaniya) – 4:0

“Borussiya” (Dortmund, Almaniya) – “Şturm” (Avstriya) – 1:0

“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 4:1

“Lill” (Fransa) – “Yuventus” (İtaliya) – 1:1

“Seltik” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 3:1

“Bolonya” (İtaliya) – “Monako” (Fransa) – 0:1

Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin digər oyunları bu gün reallaşacaq.

Əvvəlki məqalə

Tramp Missisipidə qalib gəlir

Sonrakı məqalə

Tramp seçkidə saxtakarlığa yol verildiyini bildirib