Milli Hokkey Liqası Rusiya ilə bütün əlaqələri dayandırdı
Rusiya qoşunlarının Ukraynanı işğal etməsi ilə əlaqədar Milli Hokkey Liqası (NHL) Rusiya ilə bütün işgüzar əlaqələrin dayandırıldığını elan edib.
Azpost.info xəbər verir ki, bu barədə təşkilat özü məlumat yayıb. “Bundan sonra Rusiyadakı biznes tərəfdaşlarımızla əlaqələri dayandırırıq. Rusiyanı yaxın gələcəkdə Liqa tədbirlərinin keçiriləcəyi məkan kimi qəbul etmirik”, – məlumatda qeyd olunur.
Təşkilat həmçinin NHL-də Rusiya yox, öz klubları adından çıxış edən rusiyalı oyunçularla bağlı narahatlığını ifadə edib: “Biz başa düşürük ki, onlar və ailələri inanılmaz dərəcədə çətin vəziyyətdədir”.
Azpost.info
