Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib. Bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər. Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır. Allah rəhmət eləsin.

AzPost.az