Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun istefası Milli Məclisin bu günkü iclasının gündəliyinə salınıb.
Azpost.info bildirir ki, deputatlar N. Məmmədovun yerinə olacaq namizədi təsdiq edəcəklər.
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təklif olunub. Milli Məclisin bu günkü iclasının gündəliyinə 14 məsələ daxil edilib.
Gündəliyin ilk məsələsi Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi ilə bağlıdır.