Milli Məclis sabah koronavirusu müzakirə edəcək

Milli Məclisin sabah keçiriləcək plenar iclasında koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər müzakirə olunacaq.

Koronavirusla mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qapalı toplantısında da müzakirə ediləcək.

Bundan başqa, sabah Milli Məclisin iclasından öncə digər komitələrin iclasında da analoji müzakirələr aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saxta sənədlə Azərbaycana gələn 20 əcnəbi saxlanılıb –

Sonrakı məqalə

Vergilər Nazirliyi koronavirusla bağlı müraciət edib: