Milli Məclisin deputat qrupu AŞPA-nın qış sessiyasına gedir –

Namizədlər təbliğat prosesində iştirak etməyəcəklər
26 Yanvar 2020 - 10:35

Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək.

Azpost.info etikxeber.az-a istinadən xəbər verir ki, sessiyada Milli Məclisin (MM) AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.

Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaqdır.
Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.