Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
Bu barədə məsələ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.
Ramid Namazov Komissiyanın sədri, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçilib.