Milli Məclis bu gün Novruz Məmmədovun istefa məsələsini müzakirə edəcək –Yeni Baş naziri təsdiqləyəcək

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun istefası Milli Məclisin bu günkü iclasının gündəliyinə salınıb.

Azpost.info bildirir ki, deputatlar N. Məmmədovun yerinə olacaq namizədi təsdiq edəcəklər.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təklif olunub. Milli Məclisin  bu günkü iclasının gündəliyinə 14 məsələ daxil edilib.

Gündəliyin ilk məsələsi Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi ilə bağlıdır.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir