Milli Məclisin deputatı olmuş sabiq icra başçısı vəfat edib –FOTO

Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədov vəfat edib.

Azpost.info “Criminal.az”a istinadən xəbər verir ki, xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən 64 yaşlı keçmiş icra başçısı bu gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, G. Əhmədov 1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci ilin noyabrında 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə işləyən azərbaycanlılar  üçün şok xəbər –

Sonrakı məqalə

İRANIN MƏŞHUR GENERALI QASIM SÜLEYMANİ ÖLDÜRÜLDÜ