Milli Qəhrəman Məhəmməd Həsənov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Xatırladaq ki, Azərbaycan Milli qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşüb.
Son günlər M.Həsənov Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağır olaraq qalırdı. Milli Qəhrəman süni tənəffüs aparatına qoşulmuşdu.
Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünümüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib.
Daha sonra isə 019 saylı hərbi hissənin komandiri olub. M.Həsənov hazırda vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktoru olub.
Allah rəhmət eləsin!