Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Milli Qəhrəmanımız Viktor Seryoginin ailəsi Xarkovdan təxliyə edilib

User 22 Mart 2022 - 13:55 (Last updated: 21 May 2025 - 20:15)
milli qehreman qizi

.

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Ukraynanın Xarkov şəhərindən təxliyə edilib.

Azpost.info bildirir ki, bu barədə Azərtac-a Milli Qəhrəmanın qızı qızı Oksana Seryogina deyib. “Azərbaycan dövləti, Prezident İlham Əliyev hər zaman Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanı Viktor Seryoginin ailəsinə diqqət və qayğı göstərir. Azərbaycanın dövlət başçısı bu çətin dövrdə də ailəmizin yanında oldu və Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmağımıza yardım edildi”-deyə o vurğulayıb.

“Azərbaycan dövləti milli qəhrəmanlarımızın xatirəsini hər zaman əziz tutur, şəhid ailələrinin üzvlərinə böyük diqqət və qayğı göstərir. Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”, – deyə Oksana Seryogina əlavə edib.

O bildirib ki, Xarkovdan Moldovaya təxliyə məsələsində Milli Məclisin Ukrayna ilə əlaqələr üzrə parlamentlərarası qrupunun rəhbəri Rüfət Quliyev, “Kiyev Azərbaycanlıları Konqresi” təşkilatının rəhbəri Oleq Krapivin köməklik göstərib.

“Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun köməyi ilə səfirliyin əməkdaşları bizim ailəmizi Ukrayna-Moldova sərhədindən təxliyə etdilər. Hazırda Kişineuda mənzildə qalırıq. Azərbaycanın Moldovadakı səfiri hər gün bizimlə maraqlanır və lazımi yardımını göstərir. Yaxın günlərdə isə buradan Azərbaycana gedəcəyik. Azərbaycan xalqının bizə göstərdiyi diqqət və yardım əsl qəhrəmanlıq nümayişidir”, – deyə Oksana Seryogina vurğulayıb.

Qeyd edək ki, 1944-cü il təvəllüdlü Viktor Seryogin 1992-ci il yanvarın 28-də Şuşadan dinc sakinləri təxliyə edərkən qəhrəmancasına həlak olub. O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Post navigation

Previous: Azərbaycan Prezidenti Pakistan Baş nazirini təbrik edib
Next: Merilin Monronun portreti 200 milyona hərraca çıxarılacaq

Oxşar xəbərlər

yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46

xƏBƏR

burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
Qoç Çərşənbə günü başqalarının məşğul olması səbəbindən təxirə saldığınız bir təşəbbüsə yenidən qayıtmaq üçün əlverişli olacaq. İndi...
Read more about 4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?
Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq” tramp
  • Dünya

Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq”

User 04 Noyabr 2026 - 09:27
Yol polisi sürücülərə müraciət edib yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq” tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 04 Noyabr 2026 - 09:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.