Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Hökümə Əliyevanın atasının pulunu oğurlayan şəxs həbs edilib –

User 18 Yanvar 2025 - 22:13 (Last updated: 21 May 2025 - 20:15)
hokume firlda
Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.
Azpost bildirir ki, bu barədə DİN məlumat yayıb.
Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökümə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

AzPost  xəbər verir ki, bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Alıyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Alıyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb. “Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”.

Cəlil Alıyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait Hökümə Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Post navigation

Previous: Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib
Next: DİN İmişlidə ağır qəza ilə bağlı səsli görüntüləri yaydı –

Oxşar xəbərlər

enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14

xƏBƏR

1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının həddinin artırılması nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsi haqqında...
Read more about 2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
Məhəmmədhaqqının 70-ci yubiley Haqqı musa02
  • Sosial

Məhəmmədhaqqının 70-ci yubiley Haqqı

User 28 Oktyabr 2026 - 12:58
“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.