Miloşeviçin sabiq xarici işlər naziri Bakı sammitində çıxış edib:

"Sosial gərginliklər bu gün aktualdır"
26 Oktyabr 2019 - 18:29

“Qoşulmama Hərəkatının prinsipləri 1961-ci ildə Belqradda ratifikasiya edildi və Qoşulmama Hərəkatı effektiv fəaliyyət göstərməyə başladı”.

Bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Zirvə Görüşünün xüsusi qonağı olan keçmiş Yuqoslaviyanın sabiq xarici işlər naziri Budimir Lonçar bildirib.

B. Lonçar deyib ki, son 60 ildə dünya dəyişib: “Ancaq Qoşulmama Hərəkatının təməl prinsiplər yenə aktualdır. Fəaliyyətimizi dövlətlərin inkişafı prosesinə töhfə verməsi istiqamətində qurmalıyıq. İqlim dəyişikliyi, sosial gərginliklər bu gün aktualdır. Demokratiya və insan hüquqlarına doğru getməli, tarazlıq və bərabərliyin təmin edilməsində aparıcı qüvvə olmalıyıq”.

B. Lonçar qeyd edib ki, bu gün sivilizasiyaların bərpası ilə məşğul olmaq lazımdır: “Dünya getdikcə bir-birindən daha çox asılı vəziyyətə düşürsə, beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq vacibdir. Beynəlxalq təşkilatlarda islahatlar aparmaqla təhlükəsizliyi təmin edə bilərik. BMT beynəlxalq münasibətlərdə baza prinsiplərinə qayıdışı təşviq etməlidir”. (APA)