Mingəçevirə yeni polis rəisi təyin edilib

- Nazir əmr imzaladı
25 Oktyabr 2019 - 17:52

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.