Mingəçevirdə anasını öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.
1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını çəkiclə vuraraq qətlə yetirməkdə şübhəli sayılan oğlu – 1981-ci il təvəllüdlü İslam Əhmədov saxlanılıb.
Qeyd edək ki, hadisə bu gün Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib. İ.Əhmədov anası A. Əhmədovanı çəkiclə vuraraq öldürüb.
Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb. (APA)