Mingəçevirdə oğul anasını bıçaqla qətlə yetirdi –SƏBƏB

Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb.

Hadisə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib.

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil.

Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycana yay gəldi

Sonrakı məqalə

Trampın seçki qərargahının 6 əməkdaşı koronavirusa yoluxub