“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət məhdudiyyətlərinə, habelə risklərin azaldılması üçün üz-üzə təmas məhdudiyyətlərə səbəb olub”.
ATƏT-in mətbuat xidmətinin verdiyi xəbərə görə, bu barədə qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik bildirib. (APA)
O qeyd edib ki, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinq təlimləri dayandırılacaq: “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”.