Mişel Platiniyə yeni vəzifə verilib

UEFA-nın sabiq prezidenti Mişel Platininin yeni iş yeri müəyyənləşib.

“Report” “France Press” agentliyinə istinadən xəbər verir ki, 65 yaşlı funksioner Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyasının (FIFPro) prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mişel Platini 2007 – 2015-ci illərdə UEFA-ya rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda pensiya və sosial müavinətləri artan insanların sayı

Sonrakı məqalə

500 fəhlə işdən niyə qovulub? –