Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib

Almaniyalı “Formula 1” pilotu Mixael Şumaxer müalicə aldığı İsveçrədən Parisə aparılıb.

Azpost.info APA-ya istinadən xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Bildirilir ki, Şumaxer Parisin cənub kənarında yerləşən Jorja Pompidou adına xəstəxanaya yerləşdirilib. Əfsanəfi idmançının müalicəsi professor Filipp Menaşe tərəfindən aparılır.

Xatırladaq ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yığılaraq ağır yaralanıb. Nəticədə yarışçı beyninin hər iki yarımkürəsinin zədələləri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması  alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxer Cenevrə gölünün sahilində yerləşən İsveçrə villasında səhhətini bərpa etməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aşura günü ilə bağlı QMİ fətva verdi – Məscidlərdə qanvermə aksiyasına başlanılıb

Sonrakı məqalə

AŞPA-nın  məruzəçisi həbsxanaya gedib –