Mixail Qusman İlham Əliyevi təbrik edib:

"Böyük siyasi istedada malik unikal şəxsiyyətsiniz"
25 Dekabr 2019 - 14:44

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Siz həqiqətən müasir dövrün ən görkəmli xadimləri sırasına daxil olan, böyük siyasi istedada malik unikal və genişmiqyaslı şəxsiyyətsiniz. Uzun illərdir ki, Azərbaycan Sizin liderliyiniz və müdrikliyiniz sayəsində inkişaf edir və dünyada çox mühüm yer tutur.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza firavanlıq, xoşbəxtlik, cansağlığı, müvəffəqiyyət və böyük uğurlar arzu edirəm. Sizə və Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm”.