MN Arazdəyən istiqamətində iki nəfərin yaralanması barədə məlumatı təkzib edib

Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Ermənistan tərəfi guya Azərbaycanın Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşının yaralandığı barədə məlumat yayıb.

Əvvəlki məqalə

Berluskoninin milyardları kimə qalacaq?

Sonrakı məqalə

Kadırovun deputat dostu vuruldu