Monqolustan Çinlə sərhədi bağladı

- Koronavirusa görə
27 Yanvar 2020 - 14:11

Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib.

Trend-in məlumatına görə, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq.

Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.