Moskva Ərdoğana dəstək verdi:

"Türkiyə özünü qoruma haqqına malikdir" 
12 Oktyabr 2019 - 13:20

Türkiyə prezidenti R.T.Ərdoğanın təhlükəsiz bölgə məsələsində “Birlikdə çalışma imkanları istəyirik, amma mümkün deyilsə, öz yolumuzu açarıq” açıqlamasına Rusiyadan dəstək gəlib.

Azpost.info TRT-yə istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ rəhbərliyinin bütün prosesləri öz nəzarəti altında saxlamaq istədiyini və Türkiyənin də qanuni qayğılarını nəzərə almadığını söyləyib: “Ərdoğanın mövqeyi çox aydındır”.

S.Lavrov Suriya və Türkiyə arasında təhlükəsiz bölgə barədə razılıq təmin olunmasına dəstək verəcəklərini də vurğulayıb.

Rəsmi Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində Rusiyanın prosesləri diqqətlə izlədiyini və “Türkiyə özünü qoruma haqqına malikdir” vurğulayıb.