Moskva Hindistan-Çin qarşıdurmasında vasitəçilik etməyəcək –

XİN
24 İyun 2020 - 11:25

Rusiya Himalaydakı ölümcül sərhəd toqquşmasından sonra Çin və Hindistan arasında vasitəçilik etmək üçün addım atmayacaq. Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Sergey Lavrov çinli və hindistanlı həmkarları ilə video görüşmədən sonra Pekin və Dehlinin fikir ayrılıqlarını həll etmək üçün kənar köməyə ehtiyacı olmadığını deyib.

“Bizim heç vaxt Hindistan və Çinin ikitərəfli əlaqələri inkişaf etdirməsinə kömək etmək məqsədimiz olmayıb” – deyə, Lavrov jurnalistlərə açıqlamasında bildirib. “Hindistan və Çinin aralarındakı münasibətlərdə hər hansı bir problemi həll etmək üçün hər cür imkanları var”, o əlavə edib.

Lavrov Çinin xarici işlər naziri Vanq Yi və Hindistan xarici işlər naziri Subrahmanyam Caishankar ilə keçən həftə 20 hindistanlı əsgərin ölümülə nəticələnən toqquşmaların ardınca danışıb. Çin itki ilə bağlı heç bir məlumat yaymayıb.

Əsgərlər dəniz səviyyəsindən 4,270 metr yüksəklikdə dəyənək, daşlar və yumruq vuruşublar. Sərhəd mübahisəsindəki əvvəlki razılaşma odlu silahdan istifadəni qadağan edir.

Himalay sərhədi boyunca mübahisəli Ladax bölgəsinin bir hissəsi olan Galvan Vadisindəki qarşıdurma 45 ildə iki ölkə arasında ən çox tələfatla nəticələnən insident olub. Hindistan vadidə Çini infrastrukturu inkişaf etdirməklə mübahisəli ərazi ilə bağlı razılaşmanı pozaraq, toqquşmaya təhrik etmkədə günahlandırır.