Moskvada 50-dən çox təyyarə reysi təxirə salınıb

07 Oktyabr 2019 - 09:00

Moskva hava limanlarında 50-dən çox təyyarə reysi təxirə salınıb və ləğv edilib. 

TASS xəbər verir ki, bu barədə “Yandex cədvəli” xidməti məlumat yayıb.

Belə ki, Şeremetevoda 9 reys, Vnukovoda 12 reys, Domodedovoda 21 reys təxirə salınıb.
14-ü reys isə tamamilə ləğv edilib.