Moskvada COVID-19-a yoluxma ötən ayla müqayisədə üç dəfə azalıb

29 İyun 2020 - 15:22

Moskvada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halı ötən ayla müqayisədə üç dəfə azalıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Moskvada son sutka ərzində 782 yeni yoluxma halı qeydə alınıb.

May ayının müvafiq dövründə isə COVID-19 virusuna sutka ərzində 2332 nəfər yoluxub ki, bu da son sutka ərzində yoluxanların sayından təxminən üç dəfə çoxdur.

Qeyd edək ki, Rusiya yeni növ koronavirusa yoluxma sayına görə dünya ölkələri sıralamasında ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb. Rusiyada COVID-19-a yoluxanların sayı 640 mini keçib, ölənlərin sayı isə 9166 nəfərə çatıb.