Moskvada COVID-19 virusuna yoluxmuş daha 26 nəfər ölüb

23 İyun 2020 - 08:46

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 26 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da Moskvada eyni diaqnozdan ölənlərin sayı 3643-ə çatıb.

Şəhər üzrə yeni virusa yoluxanların ümumi sayının 215 mindən çox olduğu bildirilir.

Qeyd edək ki, Rusiyada indiyədək 592 mindən çox insanda koronavirus aşkar olunub. Ölənlərin sayı isə 8 mindən çoxdur. İndiyədək təxminən, 344 min nəfər sağalıb.