Moskvada partlayış nəticəsində üçmərtəbəli ev dağıldı –

Dörd Türkiyə vətəndaşı yaralanıb
27 Mart 2021 - 12:46

Yeni Moskva qəsəbəsində tikintisi davam edən şəxsi evdə baş vermiş partlayış nəticəsində dörd Türkiyə vətəndaşı yaralanıb.

Qaz sızması nəticəsində baş vermiş hadisə zamanı üçmərtəbəli ev tamamilə dağılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza yerində xilasedicilər işləyir.