Moskvada qadın 2 yaşlı uşağını 11-ci mərtəbədən atıb

Moskvada qadın 2 yaşlı qızını 11-ci mərtəbədən atıb.

Azpost.info xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

“Sumski keçidində yaşayış binasının pəncərələrinin altından azyaşlı uşaq tapılıb. İlkin məlumata görə, uşağın anası onu 11-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən atıb ”, – məlumatda bildirilir.

Uşaq hazırda xəstəxanada ağır vəziyyətdədir. Məlumata görə, 26 yaşlı qadın əməlindən sonra intihar etmək istəsə də, xilasedicilər mənzilin qapısını sındıraraq onun qarşısını alıblar. Qadının da xəstəxanaya aparıldığı bildirilir.

Hazırda polis hadisə yerində işləyir, müstəntiqlər cinayətin motivini araşdırırlar. Prokurorluğun araşdırmasında sonra azyaşlının öldürülməsinə cəhd faktı ilə bağlı prosessual qərar veriləcək.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır

Sonrakı məqalə

Sabaha olan hava proqnozu