Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb. Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə arxadan atəş açıb. General sağ qalıb və xəstəxanaya yerləşdirilib. Moskva İstintaq Komitəsinin müstəntiqləri kamera görüntülərini araşdırır və şübhəlini axtarır. General-leytenant Vladimir Alekseyev 2011-ci ildən QRU rəisinin birinci müavini vəzifəsində çalışır. 2017-ci ildə ona Rusiya Qəhrəmanı adı verilib. Müstəntiqlər hadisə yerində işləyir.

AzPost.az