Moskvadan Maduroya 6 təyyarə dolu nəğd pul göndərilib

02 Noyabr 2019 - 19:56

Rusiyanın “Evrofinans Mosnarbank” və “Qazprombank” bankları ABŞ-ın sanksiyası altında olduqları halda Venesuelaya ümumi məbləği 315 milyon dollar olan nəğd pul göndəriblər.

“Bloomberg” xəbər verir ki, pullar 2018-ci ilin mayından 2019-cu ilin aprelinə qədər altı partiyada, təyyarələrlə göndərilib. Vəsaitlər Venesuelanın BANDES bankı üçün nəzərdə tutulub, həmin bank da ABŞ-ın sanksiyaları altındadır.

2019-cu ilin aprelində Rusiya-Venesuela bankı “Evrofinans Mosnarbank” Venesuela rəhbərliyinə 97 milyon dollar nəğd pul verib. Yanvar ayında isə Venesuela üçün “Qazprombank” 100 milyon dollar göndərib. Həmin bank əvvəllər “Evrofinans”ın səhmlərinin hir hissəsinə nəzarət edirdi.

“Qazprombank”ın nümayəndəsi Anton Trifonov bəyan edib ki, “Evrofinans “ Venesuelanın BANDES bankı ilə əməkdaşlığı bu ilin martından dayandırıb. Bundan əvvəl Venesuelanın “Evrofinans” bankından sanksiyalardan yayınmaq və Moskva üzərindən beynəlxalq ödəmələrini həyata keçirmək üçün yaralandığı haqda məlumat yayılmışdı. (Virtualaz.org)