Mövlud Çavuşoğlu Azərbaycana gəlir

26 May 2021 - 17:06

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Məlumatı “Daily Sabah” yayıb.

XİN başçısının səfəri iyunun ilk həftəsinə planlaşdırılır.

Qeyd edək ki, M.Çavuşoğlu mayın 31-də Yunanıstana gedəcək. O, iyunun 12-14-də isə Belçikada səfərdə olacaq. (Report)