Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.
Türkiyə XİN başçısı bu gün Soçiyə işgüzar səfərə gəlib.
Səfərin məqsədi Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak etməkdir.
Qeyd edək ki, toplantı çərçivəsində M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüşdə Dağlıq Qarabağdakı vəziyyət və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də diqqət mərkəzində olacaq.