Müəllim xəstə tələbə qızı üçün Heydər Əliyev Fonduna müraciət etdi –FOTO

Bakı şəhər 117 saylı orta məktəbdə tarix müəllimi, ictimai fəal Kamal Hacıyev Heydər Əliyev Fonduna və Hacı Nuran Hüseynovun rəhbərlik etdiyi “Həyat Fonduna” müraciət edib. 

Azpost.info xəbər verir ki, K.Hacıyev ağır xəstə olan 20 yaşlı qızı Zərri Hacıyevanın müalicəsinə köməklik göstərilməsini xahiş edib: “Qızım Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi, 2 iyun 2000-ci ildə anadan olmuş Zərri Kamal qızı Hacıyeva ağır xəstədir. Avqustun 19-da qızımı ağır vəziyyətdə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Hacettepe univeristetinin xəstəxanasına apardım. Ətraflı müayinə olundu. Ona  Limfoma (limfa düyünün xərçəngi) diaqnozu qoyuldu. Qızımı avqustun 19-dan Ankarada müalicə etdirirəm. Lakin maddi imkanlarım müalicəni davam etdirməyə imkan vermir. Müalicə və dərmanların qiyməti çox bahadır.  Qızım gözümün qarşısında solur. Ona müalicə etdirə bilməmək mənə mənəvi əzab verir. Sizdən xahiş edirəm qızımın müalicəsinə köməklik göstərəsiniz”.

Kamal Hacıyev imkanlı iş adamlarına, xeyriyyəçi insanlara müracitət edərək qızının həyata qaytarılmasına kömək göstərilməsini xahiş edib.

Qeyd: Zərri Hacıyevanın müalicəsinə kömək etmək istəyənlər aşağıda göstərilən hesab nömrəsinə pul köçürə bilərlər:

Rabitəbank: 064 101 001 769 44-306404

(Hacıyev Ceyhun Kamal oğlu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş nazirin müavini Əli Həsənov da “Facebook”a gəldi –

Sonrakı məqalə

Gəncədə İstintaq Təcridxanasında intihara cəhd olub