Mübariz Mənsimov həbs edildi –

Türkiyə məhkəməsi qərar verdi
17 Mart 2020 - 10:19

Türkiyədə iş adamı Mübariz Mənsimov barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün İstanbulda məhkəmə qarşısında çıxarılan M. Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

Onunla birgə saxlanılan iş icraçısı Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.

Qeyd edək ki, M. Mənsinmov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.