Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair-publisist Ramiz Məlikov (Duyğun) vəfat edib. Bu barədə APA-ya mərhumun qızı Günay Məlikli məlumat verib. O bildirib ki, atası uzun sürən xəstəlikdən sonra iyunun 19-u səhər saatlarında 87 yaşında dünyasını dəyişib. AzPost bildirir ki, Ramiz Duyğun sovet vaxtı AZTV-də Böyük Vətən Müharibəsində itkin düşmüş şəxslərin tapılması ilə bağlı "Məşəl" proqramının aparıcısı olub. Ramiz Duyğun bu gün günorta Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

AzPost.az