Müdafiə Nazirliyi təkzib etdi:"Belə bir hərbi təlim keçirmək planımız yoxdur"

Müdafiə Nazirliyi (MN) Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Nazirliyin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib.

“Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“WADA-nın bu qərarı anti-Rusiya isteriyasının davamıdır” –

Sonrakı məqalə

Oktay Gülalıyevin son halı –