Müəllimlərin bonuslarını alan prorektor saxlanıldı

Həbs
Həbs

Rusiyanın Krasnoyarsk Dövlət Tibb Universitetinin tədris işləri və gənclər siyasəti üzrə prorektoru İrina Solovyova saxlanılıb.

AzPost lent.az-a istinadən xəbər verir ki, Solovyova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (“Dələduzluq”) ilə ittiham olunur.

İstintaqın məlumatına görə, 2022-ci ildən 2024-cü ilə qədər olan müddətdə prorektor tabeliyində olan işçilərə həvəsləndirici ödənişlərin hesablanması ilə bağlı göstərişlər verib, sonra isə bu pulu onlardan alıb. O, işçiləri əmin edib ki, ödənişlər təhsil müəssisəsinin fəaliyyətini dəstəkləmək üçün istifadə olunacaq, amma əslində o, pulları öz mülahizəsinə uyğun olaraq istifadə edib

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.